23:06 / 06-11-2024
Netanyahu Trampa zəng etdi
23:02 / 06-11-2024
Hərbçimiz intihar etdi
19:35 / 06-11-2024
Sabah qaz olmayacaq
14:44 / 06-11-2024
Əliyev Trampı təbrik etdi
Qırğızıstanda referendum baş tutdu - YENİLƏNDİ

Qırğızıstanda referendum baş tutdu - YENİLƏNDİQırğızıstanda keçirilən refendumda seçici aktivliyi saat 18:00 üçün (Bakı vaxtı ilə saat 16:00) 33,08 faiz təşkil edib.

Bunu Qırğız Respublikasının Mərkəzi Seçki Komissiyasının rəhbəri Nurjan Şayldabekova mətbuat konfransı zamanı deyib.

Onun sözlərinə görə, referendumda 1 178 656 vətəndaş səs verib.

Beləliklə, Qırğızıstanda keçirilən referendumu baş tutmuş saymaq olar. Qanuna əsasən, seçicilərin 30 faizindən çoxu səs verdiyi halda referendum baş tutmuş sayılır. (trend)

xxx



Bu gün Qırğız Respublikasında növbədənkənar prezident seçkiləri və referendum keçirilir.

GununNebzi.az--ın məlumatına görə, referendumun nəticələri ölkənin parlament, yoxsa prezident üsul-idarəsi ilə idarə olunacağını müəyyənləşdirəcək.

Prezident postu uğrunda isə 17 namizəd mübarizə aparır. Səvermə yerli vaxtla saat 08.00-da başlayıb, saat 20.00-da başa çatacaq. Seçicilər 48-i xarici ölkələrdə olmaqla, 2 min 470 seçki məntəqəsində səs verir.

Prezident seçkiləri seçici fəallığından asılı olmayaraq baş tutmuş sayılacaq, referendumun baş tutması üçün isə seçici fəallığının 30 faizdən çox olması lazımdır.

Qırğız Mərkəzi Seçki Komissiyası bu gün yerli vaxtla saat 10.00-a prezident seçkilərində seçici fəallığının 2,8 faiz, referendumda isə 2,78 faiz təşkil etdiyini açıqlayıb.//APA


Tarix: 10-01-2021, 18:05 Oxunub: 222


Bölməyə aid digər xəbərlər