23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
Burun əməliyyatına girən 24 yaşlı qız öldü - VİDEO

Burun əməliyyatına girən 24 yaşlı qız öldü - VİDEOTürkiyənin İstanbul şəhərində xüsusi bir xəstəxanada burun əməliyyatı edən gənc qızın 40 gün reanimasiyada qaldıqdan sonra öldüyü iddia edilib.

GununNebzi.az "Haber Global"a istinadla xəbər verir ki, Fransanın paytaxtı Parisdə hüquq təhsili alan 24 yaşlı Manolya Oktay burun əməliyyatı etdirmək istəyib.

O İstanbulda yerləşən xəstəxana ilə danışıqlar aparıb və əməliyyat üçün razılaşıb.

20 Noyabrdan etibarən ailəsi ilə birlikdə Türkiyəyə gələn gənc qız, əməliyyat üçün Taksimdəki xüsusi bir xəstəxanaya gedib.

Elə həmin gün əməliyyata girən Manolya Oktayın anesteziya edildikdən sonra ürək ritmindəki artıma görə vəziyyəti pisləşib.

Gənc qız reanimasiyada 40 gün qaldıqdan sonra ölüb.

Mərhumun atası Əli Oktay deyib:

Qızım üçün xüsusi bir xəstəxanada görüş təyin etdilər. Sadə bir əməliyyat idi, 2 saatlıq bir əməliyyat idi. Pis xəbərlər gəldi, dedilər qızın komadadır. Son 4 gündə 'bağırsaqlarda ziyan var' dedilər. Qızımız öldürüldü. Xəstəxana qızımızın cansız bədənini bizə verdi.//Publika.az




Tarix: 20-01-2021, 09:25 Oxunub: 105


Bölməyə aid digər xəbərlər