02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Daha bir koronavirus peyvəndinin Avropada istifadəsi təsdiqləndi

Daha bir koronavirus peyvəndinin Avropada istifadəsi təsdiqləndiAvropa Dərman Agentliyi (EMA) koronavirusa qarşı “AstraZeneca” peyvəndinin istifadəsini təsdiqləyib.

Peyvənd Avropa İttifaqında (Aİ) istifadə üçün Avropa Komissiyası tərəfindən təsdiqlənməlidir.

Bu barədə “Deutsche Welle” məlumat yayıb.

Sözügedən peyvənd Avropa tənzimləyicisi tərəfindən təsdiqlənmiş üçüncü dərmandır.

Bundan əvvəl “Pfizer/BioNTech” və “Moderna” Aİ-də istifadə üçün təsdiqlənib.

Mütəxəssislər “AstraZeneca” peyvəndinin rəqiblərindən daha ucuz və asan saxlama şərtlərinə sahib olduğuna inanırlar.

Bununla yanaşı, peyvəndin 65 yaşdan yuxarı insanlar üçün təsiri barədə kifayət qədər məlumat yoxdur. Buna görə Almaniyada yaşlı insanlara bu peyvəndi istifadə etmək tövsiyə olunmur.


Tarix: 30-01-2021, 09:44 Oxunub: 106


Bölməyə aid digər xəbərlər