23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Çinin baş epidemioloqu koronavirusun nə vaxtadək yayılacağını açıqladı

Çinin baş epidemioloqu koronavirusun nə vaxtadək yayılacağını açıqladı
Çinin baş epidemioloqu koronavirusun nə vaxtadək yayılacağını açıqladı


COVİD-19 virusunun yayılması ən azı iyun ayınadək davam edəcək.

Bu barədə Çinin baş epidemioloqu Jonq Nanşan deyib.

“Sərhədlərdə tibbi yoxlamalar gücləndirilməlidir, karantin tədbirləri dənizaşırı bölgələrdən gələnlərə şamil olunmalıdır. Yeni koronavirusa ciddi şəkildə məruz qalan bölgələrdən biri kimi mühüm beynəlxalq nəqliyyat hubu olan Quanqdonq əyalətinə qoruma vasitələri, test dəstləri, müalicə texnologiyaları göndərilməlidir”, – J.Nanşan qeyd edib.

Bu gün ölkənin Milli Səhiyyə Komissiyası son 24 saat ərzində Uhan şəhərində 40 yeni yoluxma halının qeydə alındığını, daha dörd nəfərin Qansu əyalətində kənardan yoluxduğunu, ölkədə 22 nəfərin isə virusdan öldüyünü açıqlayıb. Bütövlükdə indiyədək ölkəboyu virusa yoluxanların 80 735, ölənlərin 3 119 nəfər olduğu bildirilir.

Həmçinin Pekin bələdiyyəsi şəhərdəki əcnəbilərə zərurət olmadan səyahətə çıxmamaları barədə xəbərdarlıq edib.


Tarix: 10-03-2020, 11:30 Oxunub: 88


Bölməyə aid digər xəbərlər