23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Antonio Quterreş: "Peyvənd ədalətli bölüşdürülmür"

Antonio Quterreş: "Peyvənd ədalətli bölüşdürülmür"BMT-nin Baş katibi Antoniu Quterriş dövlətlər arasında vaksinin daha ədalətli paylanması üçün ölkələri təcili olaraq koronavirus əleyhinə qlobal vaksinasiya planı hazırlamağa çağırıb, planın hazırlanması ilə “böyük iyirmiliyin” üzvləri tərəfindən təşkil edilən işçi qrupu məşğul ola bilər.

GununNebzi.az xarici KİV-lərə istinadla xəbər verir ki, Antoniu Quterrişin sözlərinə görə, COVID-19 qarşı istehsal olunan bütün vaksinin 75 faizi cəmi on dövlətin əlində cəmləşib, 130 ölkə isə bircə doza belə vaksin ala bilməyib.

BMT-nin Baş katibi vaksinasiya işindəki irəliləyişin bərabər və ədalətli olmadığını deyib. O, həmçinin qeyd edib ki, silahlı münaqişələrdən əziyyət çəkən insanlar vaksinasiyadan tam kənarda qala bilər.

“Güman edirəm ki, G20 ölkələri qlobal vaksinasiya planının hazırlanması, onun icrası və maliyyələşməsi üçün təcili işçi qrupunun yaradılması imkanlarına malikdir”, - deyə Antoniu Quterriş bildirib.

Baş katibin sözlərinə görə, işçi qrupu əczaçılıq şirkətlərini və müvafiq sahədə fəaliyyət göstərən əsas oyunçuları bu işə cəlb edə bilər.

“Mən həmin cəhdləri dəstəkləmək üçün BMT-nin bütün sistemini səfərbər edə bilərəm. Bu həftə keçiriləcək G7 sammiti lazımi maliyyə resurslarını cəlb etmək üçün impuls ola bilər”, - deyə Antoniu Quterriş qeyd edib.


Tarix: 17-02-2021, 19:34 Oxunub: 192


Bölməyə aid digər xəbərlər