23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
BMT baş katibi İrana qarşı sanksiyalardan imtina etdi

BMT baş katibi İrana qarşı sanksiyalardan imtina etdiBMT-nin baş katibi Antoniu Quterreş ABŞ-ın sorğusu üzrə 2 231 qətnamə çərçivəsində İrana qarşı sanksiyaları bərpa etməkdən imtina edib.

GununNebzi.az xəbər verir ki, bu barədə təşkilatın baş katibinin məktubunda deyilir.

Quterreşin sözlərinə görə, BMT Təhlükəsizlik Şurasında bu məsələ üzrə müəyyənliklər yoxdur.

"Təhlükəsizlik Şurasının əksər üzvləri şura sədrinə yazıblar ki, məktubun (ABŞ Dövlət Katibi Mayk Pompeo tərəfindən göndərilib) 2 231 saylı Qərarın 11-ci bəndinə uyğun bildiriş olmadığını yazdılar", - o deyib.

Eyni zamanda, Təhlükəsizlik Şurasının sədri avqustda və Təhlükəsizlik Şurasının prezidenti sentyabrda məhdudiyyətlərin bərpasına qarşı olduqlarını bildiriblər.

BMT baş katibi xatırladıb ki, şura üzvlərinin əksəriyyəti məktublarda ABŞ-ın daha İranla nüvə sazişinin iştirakçısı olmadığını nəzərə alaraq sanksiyaların bərpasına qarşı çıxıblar.


Tarix: 21-09-2020, 08:30 Oxunub: 166


Bölməyə aid digər xəbərlər