23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
İran ABŞ-ı "tibbi terrorda" ittiham etdi

İran ABŞ-ı "tibbi terrorda" ittiham etdiİranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ı "tibbi terrorda" ittiham edib.

gununnebzi.az “Kommersant” isdinadən xəbər verir ki, o, Birləşmiş Ştatların koronavirus pandemiyasından sonra da İrana qarşı sanksiyanı davam etdirdiyinə görə, belə ittihamla çıxış edib.

Onun sözlərinə görə, ABŞ İrana qarşı “tibbi və iqtisadi terrorçuluq” tətbiq edir. Nazir bu cür hərəkətləri bəşəriyyətə qarşı cinayət adlandıraraq, ABŞ-ı beynəlxalq yardımın çatdırılmasını dayandırmamağa çağırıb.

Qeyd edək ki, martın 26-da Rusiya, Çin, İran, Kuba, Suriya, Nikaraqua, Venesuela və Koreya Xalq Demokratik Respublikası BMT-nin Baş katibi Antonio Quterreşi bəzi ölkələrdən koronavirusun yayılmasına qarşı mübarizəyə mane olan sanksiyaların ləğvini tələb etməyə çağırıb.


Tarix: 30-03-2020, 13:45 Oxunub: 149


Bölməyə aid digər xəbərlər