20:06 / 05-11-2024
Azərbaycana qar yağır
18:25 / 05-11-2024
Flora Kərimovaya nə olub?
12:59 / 05-11-2024
Prezident Qırğızıstandadır
Türkiyədə bir ayda beş min nəfərin koronavirusa yoluxacağı gözlənilir

Türkiyədə bir ayda beş min nəfərin koronavirusa yoluxacağı gözlənilir

Türkiyədə Koronavirus Elmi Komitə üzvü qorxunc xəbərdarlıq edərək, bir aya koronavirusa yoluxanların sayının beş min nəfərə çatacağını deyib.

Sondakika.com-un məlumatına görə, professor Alpay Azap bu barədə açıqlama verib:

“3-4 həftə ərzində yoluxanların sayının təxminən 5000 nəfər olacağı gözlənilir. Lakin bu kritik rəqəm 30000-ə də çata bilər. Buna görə, vətəndaşlarımız tədbirli olmalıdırlar. Belə olarsa, yoluxanların sayını 3000-4000 civarında saxlaya bilərik”.

Qeyd edək ki, bu günə olan məlumata əsasən, Türkiyədə 47 nəfər koronavirusa yoluxub.(oxu.az)


Tarix: 17-03-2020, 16:30 Oxunub: 58


Bölməyə aid digər xəbərlər