Nikol Paşinyan çıxışı zamanı baş qərargahın bəyanatına münasibət bildirib.
GununNebİz.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, Ermənistan baş naziri bəyanatı "emosional reaksiya" adlandırıb.
O qeyd edib ki, iqtidar üçün ölkə daxilində heç bir düşmən yoxdur. Paşinyan Ermənistandan qaçmağa hazırlaşmadığını əlavə edib.
*****
13:55
Ermənistan baş naziri Nikol Paşinyan tərəfdarlarının qarşısına çıxıb.
Ermənistan KİV-ə istinadən xəbər verir ki, Paşinyan hərbi çevrilişə cəhdlə vəziyyəti nəzarətə aldıqlarını bəyan edib. Ermənistan baş naziri bildirib ki, ordu ona tabe olur.
"Vəziyyət gərgindir, lakin idarəediləbiləndir", - deyə o vurğulayıb.
Qeyd edək ki, Nikol Paşinyan yerli vaxtla 16:00-da meydana gələcəyini desə də, daha tez gəlib.
/Unikal.org
Bölməyə aid digər xəbərlər