Türkiyəli məşhur aktrisa Pınar Denizin anası, xalası və nənəsi koronavirus şübhəsi ilə karantinə alınıb.
Bu barədə cazibədar aktrisa özünün “Instagram” hesabından xəbər verib.
“Nənəmdə tənəffüs çatışmazlığı olduğu üçün xəstəxanaya getdim. Koronavirus şübhəsi ilə nənəmi karantinə aldılar. Əlamətlər olmadığı üçün mən karantinə alınmadım. Özümü qoruyur, çölə çıxmıram. Ancaq testin cavabı müsbət olarsa, hamımız karantinə alınacağıq”, - deyə, o bildirib.
“Anam, xalam və nənəmdə simptomlar olduğu üçün nəzarətdədirlər. Testin cavabını gözləyəcəyik. Siz istədiyiniz qədər özünüzü qoruyun, sevdiklərinizin başına bir şey gələ bilər qorxusunu heç nə ilə izah etmək mümkün deyil”, - deyə, aktrisa əlavə edib.
Pınar Deniz hamını evdə oturmağa səsləyib: “Özünüzü düşünmürsünüzsə, başqalarını düşünün”.(
Bölməyə aid digər xəbərlər