23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Zelenski cəbhə xəttinə səfər etdi

Zelenski cəbhə xəttinə səfər etdi


Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın qeyri-qanuni ilhaq etdiyi Krımla Ukrayna arasındakı cəbhə xəttinə səfər edib.

GununNebzi.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Administrasiyası məlumat yayıb.

Bildirilib ki, Zelenski Xerson bölgəsinə səfəri çərçivəsində hərbi birliklərdə yoxlamalar aparıb.

Əsgərlərlə görüşən prezident birliklərdəki vəziyyətlə bağlı məlumat alıb.

Zelenski ordunun texniki və psixoloji baxımdan vəziyyətini görməyin vacib olduğunu bildirib, Rusiyanın hərbi birləşmələrini çəkməyə başlamasının ordunun Rusiyanın təkrar gəlmə ehtimalına qarşı hazır olmayacağı mənasına gəlmədiyini ifadə edib.

“Rus birləşmələrinin yüz faiz geri dönəcəyinə zəmanət verə bilmərik. Yenə də Ukrayna sərhədlərindən birləşmələrin çəkilməsi qərarını təqdir edirik. Bu, gərginliyi davam etdirməmə niyyətinin bir göstəricisidir”, - Avropa ölkələrinin və ABŞ-ın birgə cəhdlərinin gərginliyin azalması üçün fürsət yaratdığını deyən Zelenski əlavə edib.

Tarix: 28-04-2021, 07:47 Oxunub: 232


Bölməyə aid digər xəbərlər