23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Ukraynalı deputatlar Kəlbəcərdə şəhid olan media işçiləri ilə bağlı çağırış ediblər

Ukraynalı deputatlar Kəlbəcərdə şəhid olan media işçiləri ilə bağlı çağırış ediblər

“Birləşmiş Millətlər Təşkilatı (BMT) və Avropa İnsan Haqları Məhkəməsi minalanmış ərazilərin xəritələrinin verilməsi üçün Ermənistana təsir göstərməlidir”.

GununNebzi.az xəbər veirr ki, Bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Ali Radanın Xalqın Xidmətçisi Partiyasından olan deputatı Lyudmila Marçenko Kəlbəcərdə Azərbaycanın media işçilərinin minaya düşərək vəfat etməsini şərh edərkən deyib.

“Bizim bildiyimiz qədərilə, minalanmış ərazilərin xəritələri mövcuddur, çünki onları tələsmədən, təxminən 30 il ərzində quraşdırıblar. Bu xəritələrin verilməməsi 10 noyabrdakı razılaşmalara ziddir”, - L.Marçenko bildirib.

Ukrayna Ali Radasının deputatı Marian Zablotskiy də hesab edir ki, ərazilərin minalardan təmizlənməsi və piyada əleyhinə minalara qarşı mübarizə məsələlərində BMT strukturları da iştirak etməlidir.

Onun fikrincə, beynəlxalq ictimaiyyət Ermənistandan minalanmış ərazilərin xəritəsini verməsini, öhdəliklərini yerinə yetirməsini və beynəlxalq hüquqa riayət etməsini tələb etməlidir.

Xatırladaq ki, 4 iyun 2021-ci il tarixində saat 11 radələrində xidməti vəzifələrini yerinə yetirmək üçün işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş telekanal və informasiya agentlikləri əməkdaşlarını aparan “Kamaz” markalı sərnişin avtomobilinin Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşməsi nəticəsində üç nəfər – AZTV telekanalının operatoru Sirac Abışov, AZƏRTAC İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, Kəlbəcər rayon İcra Hakimiyyətinin Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olub, daha 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Tarix: 4-06-2021, 19:55 Oxunub: 204


Bölməyə aid digər xəbərlər