gununnebzi.az Türkiyə dünyanın 59 ölkəsindəki 25 min vətəndaşını “Türk Hava Yolları”nın həyata keçirəcəyi 195 reyslə təxliyyə edəcək.
Bu barədə “CNN Türk” məlumat yayıb.
Təxliyyə əməliyyatı nəticəsində ən çox insanın gətiriləcəyi ölkə olan Almaniyadan 3269 nəfərin Türkiyəyə qaytarılması gözlənilir. Almaniyadan sonra ən çox Türkiyə vətəndaşı Səudiyyə Ərəbistanı (2201 nəfər) və ABŞ-dan (1632 nəfər) təxliyyə olunacaq.
Türkiyə həmçinin, İngiltərədən 1559, Küveytdən 1463, Əlcəzairdən 1200, Ukraynadan 863, İraqdan 861, Fransadan 696, Azərbaycandan 662, Niderlanddan 648, Kanadadan 543, Şimali Kiprdən 540, BƏƏ-dən 538, Polşadan 488, İspaniyadan 455, Rusiyadan 380, Şimali Makedoniyadan 394, Qırğızıstandan 352 və İsveçrədən 341 nəfəri vətənə qaytaracaq.
Təxliyyə əməliyyatının aparılacağı digər ölkələr bunlardır: Belçika, Malta, Misir, İrlandiya, Moldova, Macarıstan, Rumıniya, Çexiya, Kosovo, Albaniya, Bəhreyn, Serbiya, İtaliya, İsveç, İordaniya, Oman, İran, Sudan və Avstriya.
Bölməyə aid digər xəbərlər