01:09 / 08-11-2024
FED uçot dərəcəsini endirib
00:17 / 08-11-2024
Putin Trampı təbrik etdi
00:15 / 08-11-2024
Şuşa 4 ildir ki, azaddır...
18:46 / 07-11-2024
AZCON yaradıldı
23:06 / 06-11-2024
Netanyahu Trampa zəng etdi
23:02 / 06-11-2024
Hərbçimiz intihar etdi
19:35 / 06-11-2024
Sabah qaz olmayacaq
Avropa İttifaqından “Taliban”la bağlı - Qərar

Avropa İttifaqından “Taliban”la bağlı - Qərar

“Taliban”ı tanımayacağıq, ancaq müəyyən meyarlar daxilində əlaqələr quracağıq”.

GununNebzi.az
xəbər verir ki, bunu Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell xarici işlər nazirlərinin qeyri-rəsmi iclasında deyib.

O bildirib ki, nazirlər əfqan xalqını dəstəkləməkdə həmfikirdirlər:

“Əfqan xalqını dəstəkləmək üçün Əfqanıstandakı hökumətlə razılığa gəlmək lazımdır. Bu, tanıma mənasına gəlməyən, əməliyyat xarakterli bir əlaqədir. Hökumətin davranışına uyğun olaraq inkişaf edəcək”.

Borrell əlavə edib ki, “Taliban”ın digər ölkələrə terror ixrac etməməsi, insan hüquqlarına, hüququn aliliyinə və mətbuat azadlığına hörmət etməsi, humanitar yardımın çatdırılmasını asanlaşdırması, ölkəni tərk etmək istəyən əcnəbilərin, eləcə də, risk altındakı əfqanların getməsinə icazə verməsi, Əfqanıstandakı siyasi qüvvələr arasında müxakirələr yolu ilə bir keçid hökumətinin qurulması Aİ-nin əsas şərtləridir:

“Taliban”ın davranışlarını beş meyara görə dəyərləndirəcəyik. Bəziləri “Taliban” bunları yerinə yetirməyəcək” deyəcək. Görək. Bizim əlaqə qurmağımız bu şərtlərin yerinə yetirilməsindən asılı olacaq”.“Qafqazinfo”

Tarix: 3-09-2021, 21:51 Oxunub: 166


Bölməyə aid digər xəbərlər