23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Avropa İttifaqından Rusiyaya çağırış

Avropa İttifaqından Rusiyaya çağırış

Avropa İttifaqı Rusiya-Ukrayna sərhədindəki vəziyyətin son dərəcə təhlükəli qaldığını hesab edir və Rusiyanı sərhəddən qoşunlarını geri çəkməyə çağırır.

GununNebzi.az xəbər verir ki, bunu Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali komissarı Cozep Borrell Aİ xarici işlər nazirlərinin videokonfransından əvvəl etdiyi müraciətində deyib.

“Rusiya sərhəd qoşunlarının səhra təlimlərinə cəlb olunduğu Ukrayna sərhədindəki vəziyyəti müzakirə edəcəyik. Bu, çox təhlükəli bir vəziyyətdir, Rusiyanı qoşunlarını Ukrayna sərhədindən çəkməyə çağırırıq”,- deyə Borrell qeyd edib.

Borrell, həmçinin Avropa İttifaqı ilə Rusiya arasındakı münasibətlərdə gərginliyin bir çox istiqamətdə artdığını qeyd edib.


“Qafqazinfo”

Tarix: 19-04-2021, 13:04 Oxunub: 201


Bölməyə aid digər xəbərlər