23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Əşrəf Qəni Əfqanıstan xalqından üzr istədi

Əşrəf Qəni Əfqanıstan xalqından üzr istədi

Əfqanıstanın sabiq prezidenti Əşrəf Qəni ölkəni tərk etdikdən sonra ilk bəyanatını yayıb.

GununNebzi.az-
ın xəbərinə görə, bəyanatını özünün “Twitter” hesabında paylaşan sabiq prezident Kabili tərk etməsinin həyatının ən çətin qərarı olduğunu qeyd edib və buna görə əfqan xalqından üzr istəyib.

Ə. Qəni qeyd edib ki, həmin vaxt bu addımının silahların tətbiqinin qarşısını almaq üçün yeganə yol olduğu qənaətində olub və bu yolla Kabili, həmçinin onun 6 milyon sakinini xilas edib.

Sabiq prezident qeyd edib ki, həyatının 20 ilini demokratiya, suverenlik və firavanlığın bərqərar olunması üçün əfqan xalqına yardım etməyə həsr edib və heç vaxt ölkəsini və bu baxışını tərk etmək niyyətində olmayıb.

Ə. Qəni qeyd edib ki, hadisələrin digər təfərrüatlarına yaxın gələcəkdə aydınlıq gətirəcək, lakin indi onun Kabili tərk edərkən əfqan xalqına məxsus milyonlarla dollar vəsaiti ölkədən çıxarmasına dair səsləndirilən iddialara cavab vermək istəyir.

O vurğulayıb ki, bu iddialar tamamilə yanlışdır və həyat yoldaşı ilə birlikdə hər zaman şəxsi maliyyə məsələləri ilə bağlı vicdanlı davranıb, mülkünü ictimai qaydada bəyan edib.

“Mən bunu fərqli şəkidlə başa çatdıra bilmədiyim üçün əfqan xalqından üzr istəyirəm. Əfqan xalqına sadiqliyim heç vaxt tərəddüdə məruz qalmayıb və bu, mənə həyatımın qalan hissəsində də rəhbərlik edəcək”,- deyə Ə. Qəni qeyd edib.

Tarix: 8-09-2021, 19:53 Oxunub: 143


Bölməyə aid digər xəbərlər