23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
YErmənistan BMT-də Azərbaycana qarşı məhkəmə iddiası qaldırdı

YErmənistan BMT-də Azərbaycana qarşı məhkəmə iddiası qaldırdı

Ermənistan BMT-nin Beynəlxalq məhkəməsi qarşısında Azərbaycana qarşı iddia qaldırıb.

GununNebzi.az
xəbər verir ki, bu barədə məlumatı erməni KİV orqanları yayıb. Məlumata görə, Ermənistan Azərbaycanı “ermənilərə qarşı irqi diskriminasiya etməkdə” ittiham edir.

İddiaya əsasən, “Azərbaycan 1965-ci ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilmiş “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiya”nı pozub”.

Qeyd edək ki, Azərbaycan tərəfindən cari ilin yanvar ayında Avropa İnsan Hüquqları Məhkəməsində Ermənistana qarşı qaldırılan iddiaya əlavə olaraq, yaxın günlərdə Azərbaycan irqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyanın (ICERD) sistematik şəkildə pozulmasına görə Ermənistanı məsuliyyətə cəlb etmək üçün məhkəməyə müraciət edəcək.


“Qafqazinfo”

Tarix: 17-09-2021, 10:48 Oxunub: 158


Bölməyə aid digər xəbərlər