23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Ermənistanda müxalif deputatlar iclası yarıda tərk etdilər

Ermənistanda müxalif deputatlar iclası yarıda tərk etdilər

Ermənistanda müxalif “Ermənistan” və “Şərəfim var” bloklarının millət vəkilləri parlamentin növbədənkənar iclası zamanı zalı tərk ediblər.

GununNebzi.az
xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb. Bildirilir ki, iclas zamanı birinci və ikinci oxunuşda ölkənin icmalarının genişləndirilməsi ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb.

Millət vəkilləri sözügedən məsələnin Ermənistan Konstitusiyasına və Konstitusiya Məhkəməsinin qərarının tələblərinə uyğun olmadığını irad tutublar.

“Biz bunu cinayət hesab edirik və bu mövzu çərçivəsində müzakirə olunan bütün məsələlər qanuni ola bilməz”, - deyə “Ermənistan” blokunun katibi Arçvik Minasyan qeyd edib.

“Şərəfim var” blokunun üzvü Hayk Mamicanyan isə öz növbəsində bildirib ki, icmaların genişləndirilməsi barədə qərar siyasi xarakter daşıyır: “Ölkə rəhbərliyi bununla yerli idarəetmə orqanlarında olan xoşagəlməz rəhbərlərdən qurtulmağa çalışırlar. Bu səbəbdən də, onlar da iclasda iştirak etməyəcəklər”.

Bunun ardınca isə müxalif millət vəkilləri iclas zalını tərk ediblər.

Qeyd edək ki, sözügedən qanun layihəsinə əsasən, Aragaçotnda 69, Araratda 105, Armavirdə 82, Gegarkunikdə 62, Loridə 43, Kotaykda 30, Şirakda 40, Vayoçzorda 5, Tavuşda isə 3 icmanın genişləndirilməsi planlaşdırılır.

Tarix: 24-09-2021, 15:37 Oxunub: 338


Bölməyə aid digər xəbərlər