23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Ali Radanın spikeri istefaya göndərildi

Ali Radanın spikeri istefaya göndərildi

Ukraynanın Ali Radası parlamentin spikeri Dmitri Razumkovu vəzifəsindən azad edib.

GununNebzi.az
“Tass”a istinadən xəbər verir ki, 284 millət vəkili Razumkovun vəzifəsindən uzaqlaşdırılmasının lehinə səs verib.

Məlumata əsasən, D.Razumkov səsvermədən sonra iclas zalını tərk edib.

Bununla yanaşı, o, birifinqdə çıxışı zamanı bildirib ki, siyasi karyerasını parlamentdə millət vəkili olaraq davam etdirəcək, həmçinin ətrafında onunla həmfikir insanları birləşdirmək niyyətindədir.

D.Razumkovun istefaya göndərilməsini “Xalqın xidmətçisi” partiyasından olan millət vəkilləri irəli sürüb. Razumkovun sözügedən partiyanın proqramına zidd hərəkət etdiyi iddia edilir. Onun özü isə bu ittihamları qəbul etmir.

Tarix: 7-10-2021, 15:38 Oxunub: 156


Bölməyə aid digər xəbərlər