23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Mixail Saakaşvilinin həbsxanada səhhəti pisləşib

Mixail Saakaşvilinin həbsxanada səhhəti pisləşib

Oktyabrın 1-dən həbsxanada aclıq aksiyası keçirən Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin səhhəti pisləşib.

Bu barədə onun həkimi Nikoloz Kipşidze məlumat verib.

Yerli “Mtavari Arxi” kanalına açıqlama verən Kipşidze bildirib ki, onun xəstəxanaya yerləşdirilməsinə ehtiyac var:

“Həbsxana həkimləri və işçiləri işlərini yaxşı görməyə çalışırlar. Onlarla yarım saat bu gecəni necə keçirmək barədə danışdım. Sabah yenidən Saakaşvilinin yanına gedəcəm. Yəqin onu xəstəxanaya köçürməliyik”, - deyə Kipşidze bildirib.

Mənbə: TASS

Tarix: 10-10-2021, 23:53 Oxunub: 215


Bölməyə aid digər xəbərlər