23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
ABŞ-dan Səudiyyəyə 650 milyon dollarlıq silah SATIŞI

ABŞ-dan Səudiyyəyə 650 milyon dollarlıq silah SATIŞI

ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına 650 milyon dollar dəyərində döyüş təyyarələrində istifadə edilən raketlərin satılmasına razılıq verib.

GununNebzi.az
xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinə tabe olan Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi məlumat yayıb.

Səudiyyə Yaxın Şərqdə ABŞ-ın mühüm tərəfdaşı olsa da, amerikalı konqresmenlər Ər-Riyadı Yəmən müharibəsində mülki şəxslərin ölümünə görə tənqid edir.

Pentaqon satış barədə Konqresə məlumat verib. Dövlət Departamenti tərəfindən təsdiqlənməsinə baxmayaraq, müqavilə Konqres tərəfindən təsdiqlənməlidir. Konqres ABŞ silahlarının mülki insanları öldürmək üçün istifadə edilməyəcəyinə zəmanət vermədən krallıq üçün hərbi satışları təsdiqləmək istəmir.

Təsdiqlənsə, bu, Bayden administrasiyasının Səudiyyə Ərəbistanına ilk böyük silah satışı olacaq.

(Modern.az)

Tarix: 6-11-2021, 08:34 Oxunub: 190


Bölməyə aid digər xəbərlər