15:37 / 26-11-2024
Bu hakimlər ezam edildi - Foto
“Azərbaycan Naxçıvanla nəqliyyat əlaqəsi əldə etməlidir” - Paşinyan

“Azərbaycan Naxçıvanla nəqliyyat əlaqəsi əldə etməlidir” - Paşinyan

Ermənistan parlamentinin “Mənim şərəfim var” fraksiyasından olan deputat Anna Mkrtçyan bu gün parlamentdə 9 noyabr 2020-ci il tarixli bəyanatının 9-cu bəndindən sitat gətirib.

GununNebzi.az
aysor.am-a istinadən xəbər verir ki, deputat bildirib:

"Ermənistan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətini təşkil etmək məqsədilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin təhlükəsizliyinə təminat verir. Nəqliyyat vasitələrinə nəzarəti Rusiya FSB-nin Sərhəd Xidməti həyata keçirir. İndi sual yaranır: bu bir neçə kilometr uzunluğunda dəhliz deyilsə, bu nədir?”.

Baş nazir Nikol Paşinyan isə cavabında bildirib ki, Ermənistan bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının açılmasında maraqlıdır:

“Bəli, biz Azərbaycanın qərb rayonlarının dəmir yolu və avtomobil yolları alması kontekstində regionda bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının açılmasına hazırıq və maraqlıyıq. Azərbaycan Naxçıvan Muxtar Respublikası, Ermənistan isə Azərbaycan ərazisindən keçməklə İran və Rusiya ilə avtomobil və dəmir yolları ilə əlaqəni əldə etməlidir”.
"Qafqazinfo"

Tarix: 8-12-2021, 20:32 Oxunub: 147


Bölməyə aid digər xəbərlər
6-07-2021, 17:55 Paşinyan Rusiyaya gedir