23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Conson Ukraynaya səfər etdi

Conson Ukraynaya səfər etdi

Böyük Britaniyanın Baş naziri Boris Conson Ukraynaya səfər edib.

GununNebzi.az
xarici KİV-ə istinadən xəbər verir ki, səfər zamanı Boris Conson Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək.

Görüşdə Ukrayna, Polşa və Böyük Britaniya arasında yaradılması gözlənilən ittifaq haqqında ölkə başçısı ilə müzakirələr aparacaq. Həmçinin görüşdə Rusiya-Ukrayna böhranı da müzakirə olunacaq.

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba sözügedən ölkələr arasında üçtərəfli ittifaqın qurulması üçün səylərin göstərildiyini açıqlayıb.

Böyük Britaniyanın xarici işlər naziri Liz Trass koronavirus testi müsbət çıxdığı üçün səfərdə iştirak edə bilməyib."Qafqazinfo"

Tarix: 1-02-2022, 22:58 Oxunub: 132


Bölməyə aid digər xəbərlər