23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
“Rusiya-Ukrayna böhranının həlli üçün üzərimizə düşəni etməyə hazırıq”

“Rusiya-Ukrayna böhranının həlli üçün üzərimizə düşəni etməyə hazırıq”

“Ukraynalı idarəçilərin sağlam düşüncə və dialoqa önəm verən mesajlarını təqdir edirəm”.

GununNebzi.az
Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Ukraynada səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya-Ukrayna böhranından danışarkən deyib.

“Türkiyə Qara dəniz bölgəsində iki dost ölkə arasında böhrana son qoymaq üçün üzərinə düşəni etməyə hazırdır. Bu gün biz liderlər səviyyəsində sammitə və ya texniki səviyyədə danışıqlara ev sahibliyi edə biləcəyimizi bu gün bir daha vurğuladım. Biz ürəkdən inanırıq ki, böhran Minsk razılaşması çərçivəsində Ukraynanın ərazi bütövlüyü və beynəlxalq hüquq əsasında sülh yolu ilə aradan qaldırılacaq”, - deyə Ərdoğan vurğulayıb.
“Qafqazinfo”

Tarix: 3-02-2022, 21:32 Oxunub: 149


Bölməyə aid digər xəbərlər