23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Consondan Putinin qərarına - Reaksiya

Consondan Putinin qərarına - Reaksiya

Böyük Britaniyanın Baş naziri Boris Conson Rusiya Prezidenti Vladimir Putinin Rusiyanın qondarma "LXR" və "DXR"nin müstəqilliklərini tanınması qərarını beynəlxalq hüququn pozulması kimi qiymətləndirib.

GununNebzi.az
xəbər verir ki, COVID-19-la bağlı mətbuat konfransı keçirən Conson Putinin qərarı ilə bağlı da açıqlama verib.

Conson Böyük Britaniyanın Rusiyaya qarşı mümkün sanksiyaları müttəfiqləri ilə müzakirə edəcəyini bildirib:

"Mümkün olduğu qədər təzyiq tətbiq etməyə başlamağımız lazım olduğu ortaya çıxdı. Bu vəziyyətin necə inkişaf edəcəyini görmək çətindir. Bu, beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır. Bu, Ukraynanın suverenliyi və bütövlüyünün kobud şəkildə pozulmasıdır. Bu, Minsk prosesinin və Minsk razılaşmalarının rədd edilməsidir və hesab edirəm ki, bu, çox pis gedişatın əlamətidir”.

Tarix: 22-02-2022, 07:25 Oxunub: 101


Bölməyə aid digər xəbərlər