23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Aİ ölkələri Rusiyaya sanksiyalarla bağlı razılığa gəldi

Aİ ölkələri Rusiyaya sanksiyalarla bağlı razılığa gəldi

Avropa İttifaqı ölkələrinin liderləri fövqəladə sammitdə Rusiyaya qarşı maliyyə sektoruna, enerji və nəqliyyat sektorlarına, ikili təyinatlı mallara, viza siyasətinə təsir edəcək yeni sanksiyalarla bağlı razılığa gəliblər.

GununNebzi.az
xəbər verir ki, bu barədə Aİ Şurasının prezidenti Şarl Mişel Tvitter səhifəsində yazıb.

“Aİ Şurası bu gün tərəfdaşlarımız və müttəfiqlərimizlə sıx koordinasiyada Rusiya üçün kütləvi və ciddi nəticələrə səbəb olacaq əlavə məhdudlaşdırıcı tədbirlər haqqında razılığa gəldi. Bu sanksiyalar maliyyə sektorunu, enerji və nəqliyyat sektorlarını, ikili təyinatlı malları, eləcə də ixraca nəzarət və ixracın maliyyələşdirilməsi, viza siyasəti, Rusiyadan əlavə fiziki şəxslərin siyahıya (sanksiya –red) salınmasını əhatə edir”, - deyə Şarl Mişelin paylaşdığı sənəddə deyilir.

Tarix: 25-02-2022, 07:15 Oxunub: 178


Bölməyə aid digər xəbərlər