23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Şarl Mişel Azərbaycana da səfər edəcək

Şarl Mişel Azərbaycana da səfər edəcək

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Azərbaycana rəsmi səfər edəcək.

GununNebzi.az
xəbər verir ki, bu barədə Şarl Mişelin mətbuat katibi Barend Leyts öz tvitter hesabında məlumat verib.

Onun sözlərinə görə, iyulun 18-də Aİ Şurasının Prezidenti Bakıya gələcək. O, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək və daha sonra mətbuat konfransı keçiriləcək. Həmçinin vurğulayıb ki, görüşün məqsədi Aİ ilə Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsidir.

Qeyd edək ki, Ş. Mişel iyulun 16-17-si Ermənistanda, iyulun 19-u isə Gürcüstanda səfərdə olacaq.

Tarix: 16-07-2021, 15:35 Oxunub: 208


Bölməyə aid digər xəbərlər