23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Fransa Rusiyanın SWIFT-dən çıxarılmasını istədiyini açıqladı

Fransa Rusiyanın SWIFT-dən çıxarılmasını istədiyini açıqladı

Fransanın iqtisadiyyat naziri Bruno Le Maire Rusiyanın beynəlxalq pul köçürmələrini təmin edən SWIFT sistemindən çıxarılmasının tərəfdarı olduqlarını bəyan edib.

GununNebzi.az
xəbər verir ki, bu barədə Le Maire Avropa İttifaqı (Aİ) İqtisadiyyat Nazirləri Toplantısından sonra təşkil edilən mətbuat konfransında deyib.

Nazir Avropa ölkələri arasında Rusiyanın bu sistemdən çıxarılması ilə bağlı qeyd-şərtlərin olduğunu, Fransanın bu ölkələr arasında olmadığını və Rusiyanın bu sistemdən çıxarılmasının tərəfdarı olduqlarını qeyd edib.

Le Maire əlavə edib ki, Fransa Aİ-yə sədrlik edəndən bəri digər ölkələrin fikirlərini nəzərə alıb.

Bu məsələni Aİ Komissiyası və Avropa Mərkəzi Bankı ilə dəyərləndirəcəklərini ifadə edən Le Maire yaxın saatlarda qərarın veriləcəyini, Avropa ölkələri arasında razılaşmanın formalaşması lazım olduğunu söyləyib.

Fransalı nazir sanksiyalarla Rusiyanı iqtisadi və siyasi cəhətdən zəiflətmək istədiklərini də vurğulayıb.

“Qafqazinfo”

Tarix: 26-02-2022, 01:06 Oxunub: 182


Bölməyə aid digər xəbərlər