23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Rusiyaya qarşı sanksiya tətbiq etməkdən imtina etdi

Rusiyaya qarşı sanksiya tətbiq etməkdən imtina etdi

Braziliya Prezidenti Jair Bolsonaru Rusiyaya qarşı sanksiya tətbiq etməkdən imtina edib.

Bu barədə GununNebzi.az “Reuters”ə istinadən xəbər verir.

O bəyan edib ki, bazar günü Rusiya Prezidenti Vladimir Putinlə iki saat danışıb. Bolsonarunun sözlərinə görə, Braziliya münaqişədə neytral qalacaq.

Braziliya lideri, həmçinin Braziliya üçün mənfi təsir göstərə biləcək istənilən sanksiyalara qarşı çıxdığını deyib.

Bolsonarunun fikrincə, Putin heç yerdə qırğın törətmək istəmir. O, Ukrayna Prezidenti Vladimir Zelenskidən danışarkən isə deyib ki, millət ümidini komikin əlinə verib. “Qafqazinfo”

Tarix: 28-02-2022, 10:48 Oxunub: 34


Bölməyə aid digər xəbərlər