23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Rusiya və Belarus bu beynəlxalq qurumdan da uzaqlaşdırıldı

Rusiya və Belarus bu beynəlxalq qurumdan da uzaqlaşdırıldı

Beynəlxalq Hokkey Federasiyasının (BHF) növbəti iclası keçirilib.

GununNebzi.az
BHF-in saytına istinadla xəbər verir ki, iclasda Rusiya və Belarusun beynəlxalq quruma üzvlüyü dayandırılıb.

BHF-in qərarına əsasən, Rusiya və Belarus millilərinin və klublarının bütün yaş kateqoriyaları üzrə komandalarının ali qurumun bayrağı altında keçirilən yarışlarda iştirakına qadağa qoyulub. Beləliklə, Rusiya və Belarus yığmalarının bu il Finlandiyada keçiriləcək dünya çempionatında iştirak etməyəcəyi dəqiqləşib.

Həmçinin, Rusiya 2023-cü ildə təşkil olunacaq gənclər arasında dünya çempionatına ev sahibliyi etməkdən məhrum olub. BHF yaxın vaxtlarda mundiala ev sahibliyi edəcək ölkənin adını açıqlayacaq."Qafqazinfo"

Tarix: 1-03-2022, 07:15 Oxunub: 131


Bölməyə aid digər xəbərlər
16-09-2020, 16:23 Şoyqu Belarusa getdi