23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
“Putin Ukrayna xalqına qarşı cinayətlər törədir” - Almaniya kansleri

“Putin Ukrayna xalqına qarşı cinayətlər törədir” - Almaniya kansleri

Almaniya kansleri Olaf Şolts Rusiya Prezidenti Vladimir Putinin Ukrayna xalqına qarşı cinayətlər törətdiyini bildirib.

GununNebzi.az
xarici mediaya istinadən xəbər verir ki, bu barədə o, Lüksemburqun Baş naziri Xavier Bettellə görüşündən sonra təşkil edilən birgə mətbuat konfransında danışıb.

Görüş zamanı Rusiyanın Ukraynaya hücumu və beynəlxalq hüququn pozulmasının nəticələrinin müzakirə edildiyini bildirən Şolts bu müharibənin Avropa və Qərb dünyası üçün dönüş nöqtəsi olduğunu bildirib.

O vurğulayıb ki, Aİ olaraq Rusiyaya "qətiyyətli cavab" veriblər.

Aİ və beynəlxalq tərəfdaşları ilə birlikdə Rusiyaya qarşı sanksiyaların tətbiqini xatırladan Şolts, "Bu, Ukraynanın yanında olduğumuzu göstərir. Bu səbəbsiz hücuma qarşı müdafiələrində onlara dəstək olmağa davam edəcəyik" deyib.

Şolts Ukraynaya həm hərbi, həm də humanitar yardım etdiklərini bildirib.

Rusiya Prezidenti Putindən toqquşmaları dayandırmasını istəyən Şolts, “Mən Putinin rus əsgərlərini Rusiyaya çəkib dialoqa qayıtmasını istəyirəm. Qan tökülməsi dayandırılmalıdır. Vladimir Putin Ukrayna xalqına qarşı cinayətlər törədir” söyləyib.

Tarix: 1-03-2022, 21:23 Oxunub: 71


Bölməyə aid digər xəbərlər