23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Conson Zaporojye AES-in atəşə tutulması ilə əlaqədar BMT TŞ-ni təcili toplayır

Conson Zaporojye AES-in atəşə tutulması ilə əlaqədar BMT TŞ-ni təcili toplayır

Böyük Britaniyanın Baş naziri Boris Conson Ukraynanın Zaporojye Atom Elektrik Stansiyasında (AES) yaranmış vəziyyətlə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.

GununNebzi.az
xəbər verir ki, Bu barədə baş nazirin mətbuat xidməti məlumat yayıb.

Böyük Britaniyanın Baş naziri Boris Conson ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub. Tərəflər Rusiyanı AES-ə hücumu dərhal dayandırmağa çağırıblar və fövqəladə xidmətlərin stansiyaya maneəsiz daxil olmasına şərait yaradılması barədə həmfikir olduqlarını bildiriblər.

B.Conson qeyd edib ki, indi Rusiya liderinin düşünülməmiş hərəkətləri bütün Avropanın təhlükəsizliyinə təhdid yaradır.

Mənbə: Segodnya.ua

Tarix: 4-03-2022, 10:21 Oxunub: 40


Bölməyə aid digər xəbərlər