23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Aİ Ukrayna ilə bağlı vəziyyətdə Rusiyanı dəstəkləyən ölkələrə sanksiyalar tətbiq edə bilər

Aİ Ukrayna ilə bağlı vəziyyətdə Rusiyanı dəstəkləyən ölkələrə sanksiyalar tətbiq edə bilər

Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatını dəstəkləyən ölkələrə bir sıra məhdudiyyətlər tətbiq oluna bilər.

RT-nin məlumatına görə, Avropa Parlamentinin Almaniyadan olan deputatı Markus Buxayt müvafiq təkliflə Avropa Komissiyasına müraciət edib.

“Avropa Komissiyası Kuba, Serbiya, Nikaraqua, Venesuela kimi ölkələrə qarşı hansı tədbirləri (məsələn, vəsaitləri dərhal dondurmaq) təkbaşına görməyi düşünür və ya Aİ Şurasına təklif edəcək (məsələn, ticarət sanksiyalarını)?” - deyə parlamentari soruşub.

O, həmçinin Avropa Komissiyasının Serbiyanın Avropa İttifaqına daxil edilməsinə hazırlıqla bağlı Belqradla danışıqları dayandırmağı məqsədəuyğun hesab edib-etmədiyini soruşub.

Qeyd edək ki, Serbiya Prezidenti Aleksandr Vuçiç Belqradın Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini, lakin Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcəyini bildirmişdi.

Mənbə: Gazeta.ru

Tarix: 9-03-2022, 16:46 Oxunub: 118


Bölməyə aid digər xəbərlər