23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Rusiya və Belarus diplomatlarının AP binalarına girişi qadağan edildi

Rusiya və Belarus diplomatlarının AP binalarına girişi qadağan edildi

Avropa Parlamentinin (AP) sədri Roberta Metsola Rusiya və Belarus diplomatlarının və hökumət rəsmilərinin AP binalarına girişinin qadağan edildiyini açıqlayıb.

GununNebzi.az
xəbər verir ki, Metsola "Twitter"dəki paylaşımında, "Bu gündən etibarən Rusiya və Belarus diplomatik və hökumət işçilərinin AP binalarına daxil olması qadağandır. Demokratiya parlamentində demokratik nizamı devirmək istəyənlərə yer yoxdur", - deyə yazıb.

Aİ Rusiyanın Ukraynaya hücumları başlayandan bəri bəzi rusiyalı məmurları, oliqarxları və milyarderləri, o cümlədən Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovu hədəf alan dörd iqtisadi sanksiyalar paketi elan edib.

Aİ həmçinin Belarusa qarşı mövcud sanksiyalar rejimindən kənar maliyyə sanksiyaları elan etmişdi.

"Unikal"

Tarix: 18-03-2022, 16:19 Oxunub: 159


Bölməyə aid digər xəbərlər