23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Rusiya slovakiyalı diplomatları ölkədən çıxarır

Rusiya slovakiyalı diplomatları ölkədən çıxarır

Slovakiyanın Mokvadakı səfiri Lyobomir Reqak Rusiyanın Xarici İşlər Nazirliyinə çağırılıb.

GununNebzi.az
“RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN yayıb.

Məlumata görə, XİN-də səfirə bildirilib ki, Rusiya Slovakiyanın Moskvadakı səfirliyinin 3 diplomatını “persona non grata” (“arzuolunmaz şəxs”) elan edib.

Bildirilir ki, bu barədə qərar mart ayında Rusiyanın Slovakiyadakı səfirliyinin 3 əməkdaşının ölkədən çıxarılmasına cavab tədbiri olaraq verilib.

Rusiya slovakiyalı diplomatlara ölkəni tərk etmək üçün 72 saat vaxt verib.

Tarix: 28-03-2022, 20:54 Oxunub: 87


Bölməyə aid digər xəbərlər