23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Üç ölkənin səfiri Rusiya XİN-ə çağırıldı

Üç ölkənin səfiri Rusiya XİN-ə çağırıldı

Estoniya, Latviya və Litvanın səfirləri Rusiyanın Xarici İşlər Nazirliyinə çağırılıb.

GununNebzi.az
xəbər verir ki, bu barədə məlumatı “RİA Novosti” yayıb.

Səfirlərin çağırılmasına səbəb həmin ölkələrin rusiyalı diplomatları ölkədən çıxarmaq barədə qərar qəbul etməsi olub.

Bildirilir ki, Latviya və Estoniya martın 18-i hər biri Rusiya səfirliyinin 3 əməkdaşını, Litva isə 4 əməkdaşını ölkədən çıxarıb.

Rusiyalı diplomatlar diplomatik statusa zidd fəaliyyət göstərməkdə, eləcə də işlədikləri ölkələrin təhlükəsizliyinə xələl gətirməkdə şübhəli bilinirlər.

Bununla yanaşı, Şimali Makedoniyanın Xarici İşlər Nazirliyi 5 rusiyalı diplomatı “persona non grata” (“arzuolunmaz şəxs”) elan edib.

Tarix: 29-03-2022, 16:12 Oxunub: 195


Bölməyə aid digər xəbərlər