01:09 / 08-11-2024
FED uçot dərəcəsini endirib
00:17 / 08-11-2024
Putin Trampı təbrik etdi
00:15 / 08-11-2024
Şuşa 4 ildir ki, azaddır...
18:46 / 07-11-2024
AZCON yaradıldı
23:06 / 06-11-2024
Netanyahu Trampa zəng etdi
23:02 / 06-11-2024
Hərbçimiz intihar etdi
19:35 / 06-11-2024
Sabah qaz olmayacaq
“Rusiyanın müharibəni dayandırmaq istədiyinə dair heç bir işarə yoxdur” - Blinken

“Rusiyanın müharibəni dayandırmaq istədiyinə dair heç bir işarə yoxdur” - Blinken

ABŞ Dövlət katibi Entoni Blinken Rusiyanı Ukraynadakı müharibəni dayandırmağa və qoşunlarını çıxarmağa çağırıb.

GununNebzi.az
xəbər verir ki, o, bu barədə Mərakeşdə həmkarı Nasser Burita ilə birgə mətbuat konfransında bildirib.

Blinken Rusiyanın Ukraynaya indiyə qədər vəhşicəsinə davrandığını qeyd edib:

"Rusiyanın hücumu ukraynalı uşaqların yarısını didərgin saldı. İndi onlar bu hücumu dərhal dayandırmalı, qoşunlarını geri çəkməli və danışıqlara başlamalıdırlar".

O əlavə edib ki, hazırda Rusiyanın müharibəni dayandırmaq istədiyinə dair heç bir işarə yoxdur:

"Biz Rusiyanın Ukrayna haqqında dediklərinə deyil, nə etdiyinə baxırıq".

ABŞ Dövlət katibi Moskvanı dünyada bir çox məhsulların tədarükünün dayandırılmasının arxasında durmaqda ittiham edib.

Qeyd edək ki, Yaxın Şərq səfəri çərçivəsində 27-28 mart tarixlərində İsraildə keçirilən Nəcəf Sammitinə qatılan Blinken Mərakeşə dünən axşam gəlib.“Qafqazinfo”

Tarix: 30-03-2022, 05:42 Oxunub: 180


Bölməyə aid digər xəbərlər