23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
“Moskva Bakı ilə İrəvanın sülh müqaviləsi bağlamasına kömək edəcək” - Rusiya XİN

“Moskva Bakı ilə İrəvanın sülh müqaviləsi bağlamasına kömək edəcək” - Rusiya XİN

“Moskva Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanmasına aktiv kömək edəcək”.

GununNebzi.az
xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

O vurğulayıb ki, Rusiya Xarici İşlər Nazirliyi Bakı və İrəvan nümayəndələri ilə daimi əlaqə saxlayır və yerlərdə əməliyyat vəziyyətinə dair aktual məlumatlar hər gün Rusiya Müdafiə Nazirliyinin bülletenlərində dərc olunur:

"Biz üç ölkənin liderləri arasında mövcud razılaşmalara, o cümlədən Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyasına, regionda iqtisadi və nəqliyyat əlaqələrinin açılmasına dair razılaşmalar əsasında Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün səylərimizi davam etdiririk”.“Qafqazinfo”

Tarix: 30-03-2022, 05:55 Oxunub: 215


Bölməyə aid digər xəbərlər
9-11-2021, 14:01 Rusiya XİN bəyanat yaydı