23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
ABŞ məhkəməsi rusiyalı oliqarxın vəsatətini rədd etdi

ABŞ məhkəməsi rusiyalı oliqarxın vəsatətini rədd etdi

ABŞ Apellyasiya Məhkəməsi rusiyalı oliqarx Oleq Deripaskanın sanksiyaların ləğvi ilə bağlı vəsatətini rədd edib.

GununNebzi.az
xəbər verir ki, bu barədə məlumatı “Reuters” agentliyi yayıb.

Bildirilir ki, söhbət 2018-ci ildə tətbiq edilən sanksiyalardan gedir.

Qeyd edək ki, Deripaska 2019-cu ilin martında ABŞ Maliyyə Nazirliyini məhkəməyə verib. Biznesmen bildirib ki, Rusiyanın 2016-cı ildə prezident seçkilərinə müdaxilə etməkdə ittiham edilməsinə görə ABŞ-da siyasi mübarizənin qurbanı olub. İş adamı ona qarşı sanksiyaların ədalətsiz və qanunsuz olaraq tətbiq edildiyini, nəticədə 7,5 milyard dollar zərərlə üzləşdiyini açıqlayıb.“Qafqazinfo”

Tarix: 30-03-2022, 11:17 Oxunub: 99


Bölməyə aid digər xəbərlər