23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Lavrovdan Ukraynada əlləri bağlı insan cəsədləri ilə bağlı açıqlama

Lavrovdan Ukraynada əlləri bağlı insan cəsədləri ilə bağlı açıqlama

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynanın Buça şəhərindəki vəziyyəti “feyk hücum” adlandırıb.

GununNebzi.az “TASS”a istinadən xəbər verir ki, Lavrov bu barədə BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits ilə Moskvada keçirilən danışıqlar zamanı danışıb.

Onun sözlərinə görə, rusiyalı hərbçilər martın 30-u şəhəri tamamilə tərk ediblər: “Martın 31-i Buça şəhərinin meri şəhərdə hər şeyin qaydasında olduğunu bəyan edib. İki gün sonra isə küçələrdə təşkil edilən həmin o səhnələşdirməni gördük və bundan hazırda Rusiya əleyhinə məqsədlər üçün istifadə etməyə çalışırlar”.

Lavrov vurğulayıb ki, Rusiya Buçadakı vəziyyəti təxribat olaraq dəyərləndirir.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri Buça şəhərini rusiyalı hərbçilərdən azad etdikdən sonra küçələrdə əlləri bağlı insan cəsədləri aşkarlanıb. Rusiya hərbi komandanlığı sözügedən şəhərdə ukraynalıların işgəncə, təcavüz və qətlə yetirilməsini “təxribat” adlandırıb. Rusiya tərəfi həmin cinayətləri neonasistlərin törətdiyini iddia edib.

Tarix: 4-04-2022, 15:33 Oxunub: 123


Bölməyə aid digər xəbərlər