23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Aİ-dən Rusiyaya yeni sanksiya

Aİ-dən Rusiyaya yeni sanksiya

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyalar siyahısına 217 fiziki şəxs və 18 təşkilatı əlavə edib.

GununNebzi.az
xəbər verir ki, siyahıda, həmçinin, Rusiya Prezidenti Vladimir Putinin qızları Mariya Vladimirovna Vorontsova və Yekaterina Vladimirovna Tixonova da var.

Siyahıda qeyd olunan 217 nəfər arasında Kremlin yüksək vəzifəli məmurları, oliqarxlar Moşe Kantor, Boris Rotenberq və Oleq Deripaska, enerji, maliyyə, media, müdafiə və silah sənayesi kimi əsas iqtisadi sektorlarda iştirak edən aparıcı biznes sektorlarının əsas şəxsləri yer alıb.

Qondarma “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın nazirləri və “Xalq Şurası”nın üzvləri də siyahıya daxil edilib.

Sanksiyaya məruz qalan 18 qurum arasında dörd böyük Rusiya bankı (“Bank Otkritie”, “Novikombank”, “Sovcombank” və VTB), texnologiya və ya məhsulları ilə müharibədə mühüm rol oynayan hərbi-müdafiə sənayesi şirkətləri var.

Qeyd edək ki, ümumilikdə, Aİ 1091 şəxsə və 80 quruma qarşı sanksiya tətbiq edib. Bu şəxslərin aktivləri dondurulub. Aİ vətəndaşları və şirkətlərinə isə onları maliyyələşdirmək qadağan edilib. Həmçinin, onların Aİ ərazisinə daxil olması da qadağandır.

Tarix: 9-04-2022, 10:16 Oxunub: 134


Bölməyə aid digər xəbərlər