23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Zelenski: “Putinlə görüşdən qorxmuram”

Zelenski: “Putinlə görüşdən qorxmuram”

"Müharibəni dayandırmaq istəyirəm. İki yol var. Diplomatik və hərbi yol. İstənilən sağlam insan diplomatik yolu seçir. Çünki bilir ki, milyonlarla insan itkisinin qarşısını ala bilər”.

GununNebzi.az
xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə keçirdiyi mətbuat konfransında deyib.

Zelenski müharibəni dayandırmaq üçün Rusiya Prezidenti Vladimir Putinlə görüşmək istədiyini söyləyib.

"Putinlə görüşdən qorxmuram. Qorxmağa haqqım yoxdur, çünki xalqımız heç nədən qorxmadığını nümayiş etdirdi. İnsanlar övladları üçün qorxur. Söhbət dövlətçiliyimizdən və müstəqilliyimizdən gedirsə, normal lider qorxmamalıdır”, - deyə Ukrayna lideri vurğulayıb.

Tarix: 24-04-2022, 08:15 Oxunub: 162


Bölməyə aid digər xəbərlər