23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Rusiya daha bir ölkənin hava məkanını pozdu

Rusiya daha bir ölkənin hava məkanını pozdu

İsveç rusiyalı diplomatı hava sərhədlərinin pozulduğuna görə Xarici İşlər Nazirliyinə çağırıb.

GununNebzi.az
xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

İsveç Silahlı Qüvvələrinin məlumatına görə, aprelin 29-na keçən gecə Rusiyaya məxsus "An-30" təyyarəsi Danimarkanın Bornholm adasının şərqində İsveçin hava məkanını pozub. Daha sonra təyyarə ərazini tərk edib.

Bundan əvvəl Danimarka Xarici İşlər Nazirliyi Rusiya səfirini hava sərhədlərinin pozulması iddiası ilə bağlı çağırıb. Rusiyanın Kopenhagendəki səfiri mayın 2-də Danimarka Xarici İşlər Nazirliyində danışıqlara getməlidir.

Tarix: 1-05-2022, 23:29 Oxunub: 426


Bölməyə aid digər xəbərlər