23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Ukrayna və Almaniya Prezidentləri arasında anlaşılmazlıq aradan QALDIRILDI

Ukrayna və Almaniya Prezidentləri arasında anlaşılmazlıq aradan QALDIRILDI

Almaniya və Ukrayna Prezidentləri Frank-Valter Ştaynmayerlə Volodimir Zelenski arasında telefon danışığı baş tutub.

GununNebzi.az
xəbər verir ki, bu barədə məlumatı Almaniyanın Prezident Administrasiyası yayıb.

“Hər iki lider söhbəti çox vacib və yaxşı adlandırıb. Tərəflər arasında əvvəl yaranan anlaşılmazlıq aradan qaldırılıb. Həmçinin Prezidentlər sıx əlaqədə qalmaq barədə razılığa gəlib”, - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, bir neçə həftə əvvəl Kiyev Ştaynmayerin Rusiya ilə sıx əlaqəsinin olması iddiaları əsasında Almaniya Prezidentini Ukraynada qəbul etmək istəməyib. Bunun ardınca, Ştaynmayer bu ölkəyə səfərini təxirə salmalı olub. Ardınca isə Almaniya Kansleri Olaf Şolts Kiyevə səfər etməkdən imtina edib.

(manset.az)

Tarix: 5-05-2022, 18:11 Oxunub: 106


Bölməyə aid digər xəbərlər