23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Almaniya kansleri Putinə qazın qiyməti ilə bağlı qərarını elan edib

Almaniya kansleri Putinə qazın qiyməti ilə bağlı qərarını elan edib

“Rusiya qazının alınması üzrə müqavilələr avro və ya dollarla ödənişi nəzərdə tutur və bu belə də qalmalıdır”.

GununNebzi.az
TASS-a istinadən xəbər verir ki, bu barədə Berlində Almaniya kansleri Olaf Şolts bildirib.

"Biz qaz tədarükü ilə bağlı müqavilələrə baxdıq, orada deyilir ki, ödənişlər əsasən avro, bəzən dollarla həyata keçirilir. Rusiya prezidenti ilə söhbət zamanı mən bunun belə qalacağını açıq şəkildə bildirdim”, - deyə Şolts qeyd edib.

O əlavə edib ki, ölkəsi bir il ərzində neft və kömür idxalından asılılığı aradan qaldıra biləcək, lakin qazdan asılılığın aradan qaldırılması daha çox vaxt aparacaq.

Tarix: 31-03-2022, 19:56 Oxunub: 137


Bölməyə aid digər xəbərlər