09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
DSMF sədri pensiyalara dəyişikliyi izah etdi

DSMF sədri pensiyalara dəyişikliyi izah etdi

“Əmək pensiyaları haqqında ikinci oxunuşdan keçmiş layihə ümumilikdə əmək pensiyaçılarının vəziyyətini yumşaltmağa, əlavə imkanlar yaratmağa hesablanıb”.

GununNebzi.az
xəbər verir ki, Bunu APA-ya açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov deyib.

Onun sözlərinə görə, 9-cu maddə üzrə kifayət qədər güzəştlər, eyni zamanda 8-ci maddə üzrə yumşaldıcı hallar nəzərdə tutulub:

“Sağlamlıq imkanları məhdud uşaqları övladlığa götürən şəxslərə, qəyyumluğu olan şəxslərin əmək pensiyası sisteminə girməyinə güzəştlər tətbiq olunacaq.

9-cu maddə üzrə hüququ yaranan şəxslərə əmsalın azaldılması nəzərdə tutulur ki, bu da ümumi tələb olunan kapitalın həcminin azaldılmasına imkan verəcək. Beləliklə, həmin şəxslər pensiya sisteminə rahat girəcəklər”.

Himalay Məmişov deyib ki, digər tərəfdən ailə başçısını itirməyə görə pensiya alan şəxslərə kifayət qədər güzəştlər nəzərdə tutulub:

“Belə ki, ailə başçısını itirməyə görə pensiya alan şəxslər digər növ pensiyanı seçdikdə, ümumi pensiya digər ailə üzvləri arasında bölünəcək. Həmçinin ailənin digər üzvləri sosial müavinət almaq hüququ yaranarsa və həmin məbləğ pensiyadan çoxdursa, onlar müavinəti seçə biləcəklər”.

Tarix: 10-05-2022, 11:37 Oxunub: 73


Bölməyə aid digər xəbərlər