23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Aİ Rusiyaya sanksiyalarla bağlı razılığa gələ bilmədi

Aİ Rusiyaya sanksiyalarla bağlı razılığa gələ bilmədi

Avropa İttifaqına üzv ölkələr Rusiyadan neft idxalına qadağa qoyulmasını nəzərdə tutan yeni sanksiyalar paketi ilə bağlı razılığa gələ bilməyib.

GununNebzi.az
xarici KİV-ə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell deyib.

Borrell Rusiya-Ukrayna müharibəsində ticarətin liberallaşdırılması, nəqliyyatın asanlaşdırılması kimi müxtəlif tədbirlərlə Ukrayna iqtisadiyyatına dəstək verməyi planlaşdırdıqlarını açıqlayıb:

"Ukraynanın taxıl və buğda istehsal edərək, ixracına kömək olmalıyıq".

O bildirib ki, Ukraynanın taxıl anbarları tam gücü ilə doludur və bu anbarların yeni məhsulu qəbul etməsi üçün məhsulların dərhal göndərilməsi lazımdır.

Aİ-nin Ukraynaya yeni yollar və qatarlar vasitəsilə kənd təsərrüfatı məhsullarının ixracına kömək etməyə çalışdığını bildirən Borrel Odessa limanındakı blokadanın aradan qaldırılması ehtimalı da daxil olmaqla, müxtəlif ideyaların olduğunu, lakin bunun hələ reallaşmadığını dilə gətirib.

Borrell sözügedən limanın açılmasının kafi olmadığını, bölgədə hərtərəfli minalardan təmizləmə işi aparılmadan gəmilərin yanaşmasının mümkün olmadığını da vurğulayıb.

Ukraynanın buğdasını ixrac edə bilməməsinin Afrikadakı insanların gündəlik həyatına mənfi təsir etdiyini izah edən Borrell tətbiq edilən sanksiyaların bu vəziyyətə tədir etmədiyini, sanksiyaların kənd təsərrüfatı məhsullarının üçüncü ölkələrə ixracına qadağa qoymadığını qeyd edib.

"Təəssüf ki, bu gün 6-cı sanksiyalar paketinin yekunlaşdırılması ilə bağlı razılığa gəlmək mümkün olmadı. Bu məsələnin səfirlər səviyyəsində müzakirəsi davam etdiriləcək”, - deyə nümayəndə əlavə edib.

Paketdə yüksək rütbəli zabitlər və Rusiya-Ukrayna müharibəsində iştirak edən bəzi şəxslər sanksiya siyahısına əlavə edilib. Rusiyanın ən böyük bankı Sberbank və daha 2 bank beynəlxalq ödəniş sistemindən - SWIFT-dən çıxarılıb. Altı ay ərzində Rusiyadan xam neft tədarükünün dayandırılması da paketə daxil edilib.

Aİ Komissiyası bəzi üzv dövlətlərin etirazına görə sanksiyalar paketinin məzmununda bəzi dəyişikliklər edib və Macarıstan, Slovakiya və Çexiyaya Rusiyadan neft idxalı üçün əlavə müddət verib. Bu güzəştlərə baxmayaraq, Macarıstanı hələ də razı salmaq mümkün olmayıb.

Qeyd edək ki, Aİ sanksiyalarının qüvvəyə minməsi üçün üzv ölkələrin yekdil səsi tələb olunur.

Tarix: 17-05-2022, 07:43 Oxunub: 202


Bölməyə aid digər xəbərlər