23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Ərdoğan Suriyada antiterror əməliyyatının anonsunu verdi

Ərdoğan Suriyada antiterror əməliyyatının anonsunu verdi

“Hazırlıqlar tamamlandıqdan sonra Suriyada antiterror əməliyyatına başlayacağıq”.

GununNebzi.az
Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra deyib.

“Suriya sərhədimizdə yaratmağa başladığımız təhlükəsizlik dəhlizimizdəki çatışmazlıqları tamamladıqdan sonra orada da əməliyyatlara başlayacağıq. 2023-cü il hədəflərimizə çatmaq və 2053-cü il vizyonumuzu reallaşdırmaq üçün bütün siyasi, iqtisadi və hərbi imkanlarımızdan istifadə etməyə davam edəcəyimizə heç kim şübhə etməsin. İraq sərhədlərimizi terror hücumlarından xilas edəcək əməliyyatlarımız uğurla davam edir. Suriya sərhədində təhlükəsizlik dəhlizindəki çatışmazlıqları tamamlayaraq, 2023-cü il üçün hədəfimizə çatmaq üçün bütün imkanlarımızdan istifadə etməyə davam edəcəyik. Orada yeni əməliyyatlara başlayacağıq. , müharibələr təkcə döyüş meydanlarında deyil, sənayedən texnologiyaya qədər hər sahədə aparılır. Biz Aralıq dənizi və Egeydə lazım olan bütün addımları atmaqdan heç vaxt tərəddüd etməmişik və çəkinməyəcəyik. Efes-2022 təlimi bu mənzərənin hərbi ölçüsünü ifadə edən bir nümunə olaraq uğurla yekunlaşdırıldı”, - deyə Ərdoğan bildirin.

Tarix: 28-06-2022, 00:09 Oxunub: 28


Bölməyə aid digər xəbərlər