23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Türkiyə və İsveç arasında siyasi məsləhətləşmələr keçiriləcək

Türkiyə və İsveç arasında siyasi məsləhətləşmələr keçiriləcək

Sabah Ankarada Türkiyənin xarici işlər nazirinin müavini, Avropa İttifaqı ilə əlaqələr üzrə direktor səfir Faruk Kaymakçı və İsveç Xarici İşlər Nazirliyinin dövlət katibi səfir Robert Rydberqin həmsədrliyi ilə Türkiyə ilə İsveç arasında müntəzəm siyasi məsləhətləşmələr keçiriləcək.

GununNebzi.az
xəbər verir ki, bu haqda Türkiyə XİN-i açıqlama yayıb.

“Siyasi məsləhətləşmələr çərçivəsində Türkiyə ilə İsveç arasında ikitərəfli əlaqələrin hərtərəfli şəkildə müzakirə ediləcəyi, Türkiyə-Avropa İttifaqı əlaqələrinin diqqət mərkəzində saxlanılacağı, aktual regional və beynəlxalq məsələlər haqqında fikir mübadiləsi aparılacağı nəzərdə tutulur”, - açıqlamada qeyd olunub.

Tarix: 28-06-2022, 22:02 Oxunub: 27


Bölməyə aid digər xəbərlər