23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Türkiyə və Ermənistan üçüncü ölkə vətəndaşları üçün quru sərhədlərini açır

Türkiyə və Ermənistan üçüncü ölkə vətəndaşları üçün quru sərhədlərini açır

İyulun 1-də Vyanada Türkiyə və Ermənistanın xüsusi nümayəndələri – Serdar Kılıç və Ruben Rubinyanın dördüncü görüşü baş tutub.

GununNebzi.az
xəbər verir ki, xüsusi nümayəndələrin görüşü zamanı Türkiyə və Ermənistan arasında quru sərhədinin üçüncü ölkə vətəndaşları üçün açılmasına razılıq verilib. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Tərəflər müvafiq olaraq Türkiyə və Ermənistana səfər edən üçüncü ölkə vətəndaşlarının Türkiyə-Ermənistan quru sərhədindən mümkün qədər tez keçməsini təmin etmək barədə razılaşıblar və bu istiqamətdə lazımi proseslərə başlamaq qərarına gəliblər”, - məlumatda deyilir.

Tərəflər həmçinin Türkiyə-Ermənistan hava yük daşımalarının ən qısa zamanda qurulması barədə razılığa gəliblər. Bu istiqamətdə də lazımi addımlar atılacaq.

Bundan əlavə, əsas məqsədə - münasibətlərin yekun tənzimlənməsinə nail olmaq üçün digər mümkün tədbirlər də müzakirə edilib. Tərəflər prosesin ilkin şərt olmadan davam etdirilməsi barədə razılığa gəliblər.


(qafqazinfo)

Tarix: 1-07-2022, 20:27 Oxunub: 37


Bölməyə aid digər xəbərlər